Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb - Prezidentin köməkçisi

13:58 04.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var: “Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”.